İtaliya-2019: Yarış

Keçən həftə Spada qələbə qazanan Ferrari ev trasında da əsas favoritlərdən biri hesab olunurdu. Hər iki sürücüsünə yeni və daha güclü motor verən italyanlar dünənki sıralamada Leklerlə poulu alaraq deyilənləri təsdiq ediblər.

F-1 xatırladır ki, Lekler ilk iki məşq sessiyasında protokollara başçılıq edib, bu gün səhər baş tutan son məşqlərdə isə Fettel hamıdan sürətli olub. Ferrari sıralanma turunda da öz gücünü göstərib, lakin dünən daha çox yadda qalan sürücülərin son cəhddə qarşısındakı sürücnün hava boşluğundan istifadə etmək üçün arxada qalmağa çalışmaları və yekunda sonuncu cəhd üçün vaxtında start xəttini keçə bilməmələri olub.

Yarışa ilk cərgədən Lekler və Həmilton, onların arxasından isə Bottas və Fettel başlayıblar. Üçüncü cərgə Renault sürücülərinə qismət olub. Norris, Qasli və Ferstappen güc qurğusundakı dəyişikliklərə görə peletonun arxasından start alıblar. Rəykkönen isə onlardan əlavə olaraq, ötürmələr qutusunu da dəyişib və yarışa pit yolundan başlayıb.

Pirelli buraya C2, C3 və C4 tərkiblərini gətirib. Kvyat, Rassell, Kubitsa, Norris, Qasli, Peres, Ferstappen və Rəykkönen Medium, digər sürücülər isə Soft təkərlərlə yarışa başlayıblar.

Startda Lekler liderliyini qoruyub, Hülkenberq komanda yoldaşını və Fetteli keçib, lakin alman sürücü əks hücumla mövqeyini qaytarıb. Ferstappen Pereslə toqquşub və ön qanadı dəyişmək üçün pit-stop etməli olub. Rəykkönenə komanda dünən ikinci sessiyada ən sürətli dövrə vurduğu təkərlər əvəzinə başqa təkərləri taxıb və buna görə finlandiyalı sürücüyə 10 saniyəlik  Stop&Go cəzası verilib. 2-ci dövrədə ilk onluq: Lekler – Həmilton – Bottas – Fettel – Hülkenberq – Rikkardo – Stroll – Sayns – Elbon – Covinatsi.

Beşinci dövrədə Rikkaro Hülkenberqi ötüb. Bir dövrə sonra isə Fettel ənənəsinə sadiq qalaraq yerində fırlanıb və trasdan çıxıb. Lakin geri təhlükəli formada qayıdan Sebastyan bu dəfə də Strollun trasdan çıxmasına səbəb olub. Kanadalı sürücü də Fettelin etdiyini təkrarlayıb və Qasli buna görə çınqıllığa çıxmağa məcbur olub. Fettel ön qanadı dəyişmək üçün pitə çağrılıb. 1o-cu dövrədə ilk onluq: Lekler – Həmilton – Bottas – Rikkardo – Hülkenberq – Sayns – Covinats- Elbon – Kvyat – Maqnussen.

Fettelə 10 saniyəlik Stop&Go, Strolla isə pit yolundan keçmək cəzası verilib. Fettel 13-cü dövrədə cəzasını çəkib. Elbon Maqnussenlə mübarizədə trasdan tam çıxdıqdan sonra yerini qaytarmadığı üçün 5 saniyəlik cəzalandırılıb. Həmilton 19-cu dövrədə təkərlərini dəyişib. Lekler isə bir dövrə sonra pit-stop edib və trasa Həmiltondan öndə qayıdıb. Növbəti dövrələrdə sürücülər planlı pit-stoplarını ediblər. 23-cü ndövrədə Həmilton Leklerə hücum edib, lakin monakolu sürücü sərt müdafiə olunub və Həmilton trasdan çıxmaq məcburiyyətində qalıb. Leklerə buna görə ağ-qara bayraqla xəbərdarlıq edilib. Hər iki sürücü 3 dövrə sonra Rikkardonu keçib.

Mexaniklər Saynsın ön sağ təkərini yaxşı bağlamayıblar və ispan sürücü pit-stopdan sonra maşını saxlamalı olub, yarış onun üçün başa çatıb. VTM rejimi elan olunub. 30-cü dövrdə də Bottas da Rikkardonu üstələyib, Hülkenberq isə pit-stopa yollanıb.

31-ci dövrədə Kvyat güc qurğusundakı problemə görə dayanıb. VTM rejimi yenidən elan olunub. 31-ci dövrədə ilk onluq: Lekler – Həmilton – Bottas – Rikkardo – Hülkenberq – Covinatsi – Elbon – Maqnussen – Peres – Norris.

Ferstappen Qaslini də üstələyərək 11-ci olub. Həmiltonun Leklerə təzyiqləri davam edib. Onlar Fetteli də bir dövrə üstələyiblər. 36-cı dövrədə Lekler əylənmədə səhvə yol verib. Həmilton bundan yararlanmaq istəsə də, Şarl imkan verməyib. Ardıcıl ötmələr edən Ferstappen Covinatsini də keçərək 8-ci yerə yüksəlib.

Həmilton ilk döngədə səhvə yol verib və Bottası buraxmalı olub. Finlandiyalı sürücü Leklerə hücum etmək üçün çalışsa da, tempi buna imkan verməyib. 50-ci dövrədə Həmilton sürətli dövrə vurmaq üçün təzə təkərlərə keçib. Mövqeyini qoruyan Lyuis buna nail olub.

Şarl Lekler ardıcıl ikinci qələbə qazanıb və komanda yoldaşını çempionatda geridə qoyub. Bottas ikinci olub, podiumu Həmilton tamamlayıb. Növbəti iki yeri tutan Renault sürücüləri isə çempionatda komandalarını bir pillə yuxarı daşıyıblar.

Mübarizə iki həftə sonra Sinqapurun dar küçələrində davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 16 Şarl Lekler Ferrari 1:15.26.665 1
2 77 Valtteri Bottas Mercedes AMG + 0:0.835 1
3 44 Lyuis Həmilton Mercedes AMG + 0:35.199 2
4 3 Daniel Rikkardo Renault + 0:45.515 1
5 27 Niko Hülkenberq Renault + 0:58.165 1
6 23 Aleksander Elbon Red Bull + 0:59.315 1
7 55 Karlos Sayns Racing Point + 1:13.802 1
8 33 Maks Ferstappen Red Bull + 1:14.492 2
9 99 Antonio Covinatsi Alfa Romeo +1 dövrə 1
10 4 Lando Norris McLaren +1 dövrə 1
11 10 Pyer Qasli Toro Rosso +1 dövrə 1
12 18 Ləns Stroll Racing Point +1 dövrə 2
13 5 Sebastyan Fettel Ferrari +1 dövrə 3
14 63 Corc Rassell Williams +1 dövrə 1
15 7 Kimi Rəykkönen Alfa Romeo +1 dövrə 2
16 8 Roman Qrojan Haas +1 dövrə 2
17 88 Robert Kubitsa Williams +2 dövrə 2

 

Sürətli Dövrə: Lyuis Həmilton (Mercedes) 1:21.779 (51-ci dövrə, 255,014 km/s).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Kevin Maqnussen Haas 44 hidravlika
Daniil Kvyat Toro Rosso 30 güc qurğusu
Karlos Sayns McLaren 28 təkərin yaxşı bağlanmaması

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas Motorsport 284
2 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport 221
3 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 185
4 16 Şarl Lekler Scuderia Ferrari 182
5 5 Sebastyan Fettel Scuderia Ferrari 169
6 10 Pyer Qasli Red Bull Toro Rosso Honda 65
7 55 Karlos Sayns McLaren F1 Team 58
8 3 Daniel Rikkardo Renault F1 Team 34
9 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 34
10 26 Daniil Kvyat Red Bull Toro Rosso Honda 33
11 27 Niko Hülkenberq Renault F1 Team 31
12 7 Kimi Rəykkönen Alfa Romeo Racing 31
13 11 Serxio Peres Sportpesa Racing Point F1 Team 27
14 4 Lando Norris McLaren F1 Team 25
15 18 Ləns Stroll Sportpesa Racing Point F1 Team 19
16 20 Kevin Maqnussen Rich Energy Haas F1 Team 18
17 8 Roman Qrojan Rich Energy Haas F1 Team 8
18 99 Antonio Covinatsi Alfa Romeo Racing 3
19 88 Robert Kubitsa Williams Racing 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas Motorsport Mercedes 505
2 Scuderia Ferrari Ferrari 351
3 Aston Martin Red Bull Racing Honda 266
4 McLaren F1 Team Renault 83
5 Renault F1 Team Renault 65
6 Red Bull Toro Rosso Honda Honda 51
7 Sportpesa Racing Point F1 Team Mercedes 46
8 Alfa Romeo Racing Ferrari 34
9 Rich Energy Haas F1 Team Ferrari 26
10 Williams Racing Mercedes 1
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*