12 Dekabr 2018, Çərşənbə - 09:15

Ferrari pit-stopa görə cərimələnib

Ferrari pit-stopa görə cərimələnib

Müəllif: Rauf Hacıyev, redaktor

23:41 - 08 Aprel, 2018

Ferrari mexanikinin ayağının qırılmasına səbəb olan pit-stopa görə 50 min avro pul cəzası alıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü ikinci dəfə pit-stopa gələndə sol arxa təkərin dəyişdirilməsində problem yaşanıb. Köhnə təkər yerindən çıxarılmamış pit-stopun yaşıl işığı yanıb və peletonun ən yaşlı sürücüsü proseduru yerinə yetirərək yoluna davam edib. Rəykkönen sürətlənərkən yeni sol arxa təkəri tutan mexanikin ayağını ayağını iki yerdən qırıb.

FİA yarışdan sonra hadisə ilə bağlı Ferrari-ni dinləyib və nəticədə 50 min avro pul cəzası verib. Stüardlar bu barədə belə açıqlama veriblər: “Stüardlar 28.13 maddəsinə görə belə qənaətə gəliblət ki, bolid təhlükəli formada pitdən buraxılb. Komanda bolidi və işçisini təhlükə altına qoyaraq zədələnməsinə səbəb olub”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 272
Teqlər , , , ,
Paylaş

logo