12 Dekabr 2018, Çərşənbə - 18:14

K.Rəykkönen məyusdur

K.Rəykkönen məyusdur

Müəllif: Rauf Hacıyev, redaktor

15:48 - 16 Aprel, 2016

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen sıralanma turunun son seansında etdiyi səhvlə poulu, ən pis ehtimalla ikinci yeri qaçırdığı üçün məyus olduğunu deyib.

F-1.az xatırladır ki, Kimi Rəykkönen son seansda ilk cəhdində ən sürətli sürücü idi. Amma finlandiyalı sürücü 2-ci cəhdində Rosberq və Rikkardonun zaman nəticələrinə məğlub olaraq 3-cü yeri tutub.

Kimi Rəykkönen: “Bu, pis oldu. Bu gün poul qazanmaq şansım var idi. Bir az məyus oldum. Etdiyim səhv məni birincilikdən olmasa da, rahatlıqla qazana biləcəyim ikincilikdən etdi. Son dövrəmdə yaxşı gedirdim, ancaq bir yerdə – sancaq döngədə idarəni itirdim və çox vaxt itirdim.

Bu, poul qazanmağa bəs edərdimi, bilmirəm, amma çox yaxın idim. Cəhd etdik. Üçüncü yerdəyik və bu faciə deyil, amma daha yaxşı nəticə əldə edə bilərdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 246
Teqlər ,
Paylaş

logo