22 Noyabr 2019, Cümə - 22:37

S.Fettel: “Üç pit-stop səhv qərar idi”

S.Fettel: “Üç pit-stop səhv qərar idi”

Müəllif: Elçin Zodorov, redaktor

18:59 - 15 May, 2016

Fettel İspaniya Qran Prisində 3 pit-stoplu strategiyanın onu qələbədən etdiyini düşünür.

F-1.az xəbər verir ki, yarışa 6-cı yerdən başlayan alman sürücü Mercedes AMG-nin sürücülərinin qəzasından sonra qələbəyə ən real namizədlərdən biri olub. Lakin yarışın qalibi Ferstappen və komanda yoldaşı Rəykkönendən fərqli olaraq, Fettel 3 pit-stop strategiyasını seçib. Əlavə bir pit-stop Fettelin yer itirməsinə səbəb olub və Maksdan 5.5 saniyə sonra finiş xəttini keçərək 3-cü yeri tutub.

Sebastyan Fettel: “Yarışın sonunda öndə olacağımı düşünürdüm. Ancaq 2 pit-stoplu strategiyanın nə qədər uğurlu olduğunu görüb təəccübləndim. Rikkardo və mənim nəticələrimizə baxdıqda strategiyamızın uğursuz olduğunu görə bilərsiz. Qəribə yarış oldu. Red Bull sürətli idi.

İndi səhv qərar verdiyimizi görürük. Soft təkərlərdə Red Bull-dan daha sürətli idik, amma Medium-lar bizdə yaxşı işləmədi”.

Fettel yarışın qalibi Maks Ferstappen barədə bunları deyib: “Maksı təbrik edirəm. Bu gün onun günüdür və biz idmançı kimi buna hörmət etməliyik”.

O, həm də Rikkardonun ona çox yaxınlaşdığında radiodan şikayət etməsi məsələsinə də toxunub: “O anda şikayət etmişəm, bəli. Mən o anda onun hərəkətinə uyğun davranmasaydım, qəza qaçılmaz olardı”.

 

 

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 465
Teqlər , , , ,
Paylaş

logo