J.Todt: “Ferrari tərəqqi edəcək”

FİA-nın hazırkı başçısı Jan Todt 14 il Ferrari komandasına başçılıq edib və öz təcrübəsindən bilir ki, onun varisi Stefano Domenikalinin […]

FİA-nın hazırkı başçısı Jan Todt 14 il Ferrari komandasına başçılıq edib və öz təcrübəsindən bilir ki, onun varisi Stefano Domenikalinin tutulduğu tənqid atəşi nə dərəcədə sərt ola bilər.

Son illər Skuderiya dünya çempionatının liderliyinə qayıda bilmir və yeni mövsümün startı heç də ideal alınmayıb. Fernando Alonsonun 4-cü, Kimi Rəykkönenin isə 7-ci nəticə göstərməsinə baxmayaraq, komandanın sürücüləri Mercedes AMG komandasından olan rəqibləri ilə mübarizə apara bilməyiblər. Red Bull, McLaren və Williams sürücüləri də daha parlaq görünüblər. Təəccüblü deyil ki, Domenikali yenidən tənqid atəşinə tutulub…

Jan Todt: “Məni də həmişə tənqid ediblər. Hətta biz yarışı yarış dalınca udduğumuz dövrlərdə də. Hətta bizim qələbələrimiz üzündən çempionat maraqsız keçəndə də, məni tənqid edirdilər.”.

Todt hesab edir ki, Skuderiyanın gücü kollektivin birliyindədir: “Domenikali, Ferrari-nin prezidenti Luka di Montedzemolo və yarış komandası – bir ailədir, qələbə günlərində də, məğlubiyyət günlərində də. Alonso və Rəykkönen Formula1-in ən güclü sürücüləridirlər. Ferrari çempionatda qələbə qazanmasa belə, həmişə diqqət mərkəzindədir. Amma mən əminəm ki, komanda tərəqqi edəcək.

Mən həmişə Domenikaliyə deyirdim ki, işi davam etdirmək lazımdır, qarşısınız real məqsədlər, real vəzifələr qoysun, bütün diqqətini əsas problemlərə cəm etsin və başqalarının danışıqlarına az qulaq assın”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*