N.Rosberq: “Bizi maraqlı yarış gözləyir”

Mercedes AMG komandasının sürücüsü Niko Rosberq bildirib ki, bu gün keçiriləcək yarışda Ferrari və Mercedes AMG komandaları arasında gərgin mübarizə olacaq...

F-1.az xəbər verir ki, yeni təkər qaydalarından sonra Bəhreyndə fərqli təkər strategiyaları gözlənilir. Bundan başqa, sərbəst yürüşlərdə Ferrari və Mercedes AMG komandaları bir-birinə çox yaxın olublar, ona görə də hamı yarışda gərgin mübarizə gözləyir.

Niko Rosberq bildirib ki, bu yarış onlar üçün çətin keçəcək və əvvəlcədən nəsə demək çox çətindir: “Üç fərqli təkər dəsti var və ona görə də hər şey ola bilər. Həm trasa görə, həm də strategiya seçimlərinə görə bizi həyəcanlı yarış gözləyir.

Düşünürəm ki, fərqli təkər strategiyalarına görə bol ötməli yarış olacaq. Bundan başqa, biz Rəykkönenə də diqqət verməliyik. O, bizim üçün böyük təhdidlərdən biridir.

Yarış gecə olduğu üçün təkərlər gec isinəcək və bu bizə üstünlük gətirəcək, ya da bilmirəm. Sözün düzü, sıralanma turunda göstərdiyimiz nəticəyə görə çox təəccübləndik. Görək sonu nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*