K.Rəykkönen: Qəza nəticəyə təsir etmədi

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Fettellə etdiyi təmas nəticəyə təsir etməyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışın sonuncu dövrəsində Fettellə təmas yaşayaraq, tras xaricinə çıxmışdı. Yekunda Rəykkönenin nəticəsinə 20 saniyə əlavə edilib.

Kimi Rəykkönen: “Bolid çox yaxşı idi, amma onluğa düşmək üçün zəif idi. Hard təkərlərlə start alıb uzun müddət trasda qaldıq. Daha sonra Medium təkərlərlə 10-cu yer uğrunda mübarizə apardıq. Alonso Rasseli keçdi. Mən də yaxınlaşsam da, Sebastyan ilə təmas yaşadıq və qəza etdik. İkimiz də xal zonasından uzaq olduğumuz üçün nəticədən təsirlənmədik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*