V.Bottas: Gələn ilin maşınına fokuslanmışıq

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, artıq 2023-cü ilin maşını üzərinfə işləyirlər.

F-1.az xatırladır ki, Alfa Romeo mövsümə yaxşı başlasa da, son 11 yarışın sadəcə ikisindən xalla ayrıla biliblər.

Valtteri Bottas: “Artıq müqaviləm birillik olmadığı üçün üzərimdə təzyiq azdır. Bunun hesabına tamamilə işimə fokuslanmışam. Karyeramda ilk dəfə belə dəqiq dövr yaşayıram.

Mövsümün əvvəlində Red Bull və Ferrari-dən çox geri qalmırdıq və podium şansımız var idi. İndi siə podiuma çıxmaq üçün möcüzəyə ehtiyacımız var. Bunun əsas səbəbi isə Mercedes-in inkişaf etməsidir. Alpine və McLaren də çox öndədir.

Uzun müddətdir ki, 2023-cü ilin maşını üzərində işləyirik və gələn il güclü olmağı ümid edirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*