Toskana Qran Prisi: Üçüncü sərbəst yürüşlər

Komandalar sıralanma turu rejimində işləməyə və düzgün sazlanmaları tapmağa kökləniblər. Keçidlər çətin olduğu üçün, Monakodakı kimi, burada da pouldan başlamaq çox əhəmiyyətlidir.

F-1.az xatırladır ki, dünən heç də hamı təkərlərlə yaxşı işləyə bilməyib. Sürücülər bu gün təzə təkərlərə qənaət etmək üçün Medium və Soft-larla trasa çıxıblar. Burada ötmələr mətin olduğundan, təkər strategiyası əhəmiyyətli rol oynayacaq.

Sessiya sakit keçib, asfaltın vəziyyəti rezin qatı ilə örtüldüyü üçün getdikcə düzəlib və sürücülər daha az sürüşüblər. Rassell bir dövrə vurduqdan sonra əyləclərdəki problemə görə boksa qayıtmalı olub və komandanın yeni sahiblərinin trasda olduğu gün sərbəst yürüşlər onun üçün başa çatıb.

Valtteri Bottas 1:16.530-luq dövrəsi ilə protokollara başçılıq edib və bütün məşqlərin ən sürətlisi olub. Mercedes və Red Bull arasında fərq azdır və bizi 17:00-dan etibarən olduqca maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:16.530 17
2 33 Maks Ferstappen Red Bull 1:16.547 + 0:00.017 10
3 44 Lyuis Həmilton Mercedes AMG 1:16.613 + 0:00.083 14
4 18 Ləns Stroll Racing Point 1:17.112 + 0:00.582 10
5 10 Pyer Qasli AlphaTauri 1:17.226 + 0:00.696 14
6 11 Serxio Peres Racing Point 1:17.341 + 0:00.811 14
7 16 Şarl Lekler Ferrari 1:17.488 + 0:00.958 15
8 23 Aleksander Elbon Red Bull 1:17.538 + 0:01.008 11
9 26 Daniil Kvyat AlphaTauri 1:17.627 + 0:01.097 17
10 8 Roman Qrojan Haas 1:17.635 + 0:01.105 19
11 31 Esteban Okon Renault 1:17.746 + 0:01.216 13
12 55 Karlos Sayns McLaren 1:17.768 + 0:01.238 19
13 99 Antonio Covinatsi Alfa Romeo 1:17.812 + 0:01.282 15
14 7 Kimi Rəykkönen Alfa Romeo 1:17.843 + 0:01.313 17
15 20 Kevin Maqnussen Haas 1:18.039 + 0:01.509 17
16 6 Nikolas Latifi Williams 1:18.072 + 0:01.542 16
17 3 Daniel Rikkardo Renault 1:18.142 + 0:01.612 12
18 5 Sebastyan Fettel Ferrari 1:18.186 + 0:01.656 15
19 4 Lando Norris McLaren 1:18.826 + 0:02.296 19
20 63 Corc Rassell Williams 1
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*