V.Bottas Həmiltonu məğlub etmək fikrindədir

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, komanda yoldaşı Lyuis Həmilton ilə eyni tempi tuta bilər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümün ilk iki yarışında Həmiltondan geridə qalıb. Britaniyalı sürücü 43, Bottas isə 23 xal toplaya bilib.

Valtteri Bottas: “Lyuis 3 dəfə Dünya Çempionu olub və karyerası ərzində çoxlu yarışlar qazanıb. Buna görə də məndən sürətli olması gözləniləndir. Amma onunla eyni tempi tutacağıma inanıram. Hazırda ona çox yaxınam. Özümü təkmilləşdirməyə davam edəcəm və tezliklə qələbə uğrunda mübarizə aparacağıq. Yenə də komanda üçün əlimdən gələni edəcəm. Hər şeyi özümə problem eləmirəm. Vaxt keçdikcə daha yaxşı nəticələr gələcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*