P.Maldonado özünə təzə iş tapıb

Pastor Maldonado Pirelli-nin test sürücüsü seçilib...

F-1.az xatırladır ki, keçən ilin sonunda Venesueladakı maliyyə böhranına görə ölkənin PDVSA neft şirkəti Pastor Maldonadoya sponsorluq etməkdən imtina etmişdi. Amma Maldonado özünə yeni iş yeri tapıb. Venesuelalı sürücü Pirelli-nin test sürücüsü seçilib və ilk testlərdə GP2 bolidindən istifadə edib.

Mucello trasındakı ikigünlük testlərdən sonra, Maldonado 2012-ci ildə qalib gəldiyi Barselona trasında da birgünlük test edib. Testdə həm GP2 təkərləri, həm də 2017-ci ildə istifadə olunacaq Formula1 təkərlərinın ilk prototipləri sınaqdan keçirilib.

GP2 bolidi ilə aparılan testlərdən sonra Pirelli 2014-cü il Formula1 bolidləri ilə testlərə hazırlaşacaq. Əvvəlcə Ferrari, Mercedes AMG, Red Bull və Renault Pirelli şirkətini bolidlə təmin edəcəklər. Test proqramında olan McLaren isə 2014-cü ildə Mercedes mühərriklərindən istifadə etdiyi üçün Pirelli-yə kömək edə bilməyəcək.

Avqust ayından sonra isə 2015-ci il şassisinin üzərinə 2017-ci ilin bəzi detalları montaj ediləcək və onlarla testlər ediləcək.

Xatırladaq ki, Pirelli şirkəti test etmək üçün tras tapmaqda çətinlik çəkir.

Sonrakı test 2014-cü ilin Ferrari bolidi ilə Fyorano trasında olacaq və sükan arxasına Jan Erik Vern keçəcək”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*