K.Sayns: Kaş daha yaxşı nəticə göstərərdim

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, daha yaxşısını edə bilərmiş

F-1.az xatırladır ki, ispaniyalı sürücü poul sahibi Maks Ferstappenə cüzi fərqlə uduzaraq, üçüncü olub.

Karlos Sayns: “Geri dönüb baxanda poulu əlinizdən alan 0.1 saniyəni harada itirdiyini görə bilərsiniz. Lakin əminəm ki, önümdəki iki rəqibim də harada itirdiklərini bilirlər. Üçüncü sessiyanın sonunda yaxşı iş gördük. Asan deyildi. Qırmızı bayraqlardan sonra təkərlər çox soyuq idi.

Birinci döngədə və üçüncü döngəyə çatanda bolidə güvənmək asan deyildi. Kaş bir az da yaxşı nəticə göstərərdim. Amma üçüncü yer də yaxşıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*