23 Oktyabr 2019, Çərşənbə - 23:17

K.Sayns yarışın sonlarında problem yaşayıb

K.Sayns yarışın sonlarında problem yaşayıb

Müəllif: Rauf Hacıyev, redaktor

16:31 - 01 İyul, 2019

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, Avstriyada ən yaxşı nəticəni qazanıblar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 19-cu yerdən başlasa da, finişə 8-ci yerdə çatıb.

Karlos Sayns: “19-cu başlayıb, 8-ci bitirmək ən yaxşı nəticə idi. Cəzalara görə məyus idim, amma yarışda bunu unutdum. Məncə, əla yarış keçirtdik. Medium təkərlərlə trasda uzun müddət qaldıqdan sonra Hard təkərlərə keçdik. Ondan sonra ardıcıl ötmələr edərək, yaxşı xallar qazandım. Amma sona 10 dövrə qalmış ön qanadım zədələndi. Əgər bu yaşanmasaydı, yarışı yeddinci yerdə bitirə bilərdim. Çox diqqətli olmalı və Rəykkönenin önündə qalmalı idim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 107
Teqlər , , ,
Paylaş

logo