L.Həmilton: Ümidvaram ki, növbəti 3 tras bizə uyğun olar

Bu mövsüm ötən illərdəki uğurlarından çox uzaqda olan Mercedes-də bir qədər inkişaf sezilir. Təsadüfi deyil ki, komanda son 4 yarışı podiumda başa vurub.

F-1.az bildirir ki, Mercedes sürücülərindən Corc Rassell bu mövsüm 3 dəfə, Lyuis Həmilton isə 4 dəfə podiumun son pilləsinə yüksəlməyi bacarıb. Lyuisin podiumlarından üçü elə ardıcıl son 3 yarışa təsadüf edir.

Lyuis Həmilton: “Hələ ki, maşınımızı ən sürətli adlandıra biləcək vəziyyətdə deyilik. Rəqiblərimiz daha öndədir, amma bəzən başabaş mübarizə apara bilirik. Olduğumuz yerdən razı deyilik və işlərimizi davam etdirməliyik. Bu həftəsonu üçün də maşını təkmilləşdirmişdik, lakin Red Bull Rinqin quruluşu fərqli olduğundan, xüsusilə də yarış temipində bizdən irəlidə idilər. Ümid edirəm ki, növbəti 3 tras bizə uyğun olacaq və qüvvələr nisbəti Silverstoundakına bənzəyəcək. Belə olacağı təqdirdə, ön yerlər uğrunda mübarizəyə qoşulmaq istəyərəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*