L.Həmilton: Yüksəlmək çətin olacaq

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, İstanbul Parkda ötmə etmək asan olmayacaq.

F-1.az xatırladır ki, yeddiqat Dünya. Çempionu Türkiyədə sıralanma turunda birinci olsa da, daxiliyanma mühərriyini dəyişdiyi üçün yarışa 11-ci yerdən başlayacaq.

Lyuis Həmilton: “Buradakı azarkeşlər əla idi. Türkiyəyə qayıtmaq gözəldir, çünki keçən il həm mənim üçün, həm də komanda üçün inanılmaz mövsüm idi. Buna görə də buraya qayıtmaq gözəldir. Tras çox mükəmməldir. Asfaltla ilişmə yaxşılaşıb.

Burada bəzi yerlər yaş olduğu üçün çətin idi. İlk dövrələrdə təkəri hazırlamaq çətin olurdu. yenə də komanda əla işlədi. Bizi doğru zamanda trasa buraxdılar. Sabah çətin olacaq və mən əlimdən gələni edəcəm.

Burada ötmə etmək elə də asan deyil. Hamımız eyni təkərlə başlayacağıq. Buna görə də yüksəlmək çətin olacaq. Bir yarış əvvəl Maksda da eyni olmuşdu. Altıncı yerə gələndən sonra yüksələ bilmirdi. Görək nə olur. Arxa düzlük uzundur. Ümid edirəm ki, yaxşı yarış olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*