L.Həmilton: “Belə olacağını bilirdik”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton sevimli Kanada Qran Prisində poulu əldən versə də, məyus olmadağını deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü ilk cəhdindən sonra poulda olsa da, ikinci cəhdlərdə əzəli rəqibi Fettelin gerisində qalıb.

Lyuis Həmilton: “Çox məyus deyiləm. Əlimizdən gələni etdik. Onlar daha sürətli idilər. Xüsusən də son sektorda bizi məhv elədilər. Düzlükdə 0.4-0.5 saniyə güclü idilər. Əlimizdən gələn hər şeyi etdik. Bugünkü işimizdən razıyam. Onların daha sürətli olacaqlarını bilirdik. Lakin bu, yaxşı nəticədir. Yarış belə olar. Hava gözəldir və burada mükəmməl fanatlar var. Ümid edirəm ki, onlara gözəl şou göstərə bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*