M.Vebber: “Həmilton Şumaxerə çatacaq”

Sabiq Formula1 sürücüsü Mark Vebber düşünür ki, 2020-ci ildə Sürücülər Çempionatında Lyuis Həmilton, Mühəndislər Kubokunda isə Ferrari qalib gələcək.

F-1.az xatırladır ki, altıqat Dünya Çempionu Lyuis Həmilton gələn il növbəti titulunu qazanaraq, Mixael Şumaxerə çatmaq istəyir. Ferrari və Red Bull isə 2019-cu ilin ikinci yarısında Mercedes-lə başa-baş mübarizə apara bilmişdi.

Mark Vebber: “Sebastyan Fettel və Şarl Lekler stabil olaraq xal qazana bilərlər. Buna görə də Ferrari Mühəndislər Kubokunun qalibi ola bilər. Ancaq sürücülər çempionatında Lyuisi favorit görürəm. Onun Şumaxerə çatıb-çatmayacağını görmək üçün səbirsizlənirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*