E.Fittipaldi: “Həmilton təslim olmayacaq”

İkiqat dünya çempionu Emerson Fittipaldi bildirib ki, Lyuis Həmilton sona qədər mübarizə aparacaq...

F-1.az xatırladır ki, Həmilton sona 4 yarış qalmış Rosberqdən 33 xal geri qalır. Bəzi mütəxəssislər britaniyalının şansının bitdiyini desə də, Formula1 üzrə ikiqat Dünya Çempionu Fittipaldi bu fikirlə razı deyil: “Lyuisə nə olub bilmirəm. Mən bilirəm ki, onun anadangəlmə istedadı var. Buna görə də qətiliklə deyə bilərəm ki, təslim olmayacaq və əlindən gələni edəcək. Son iki mövsümdə mükəmməl yarışdı və çempionluqlar qazandı. Amma bu il işi elə də asan olmayacaq. Əgər Niko çempion olsa, layiq olmadığını deyə bilmərəm. O da bu mövsüm əla işlər gördü.

Lyuis bu mövsüm stabil olmaya bilər və buna görə də hər şey ona baha başa gələ bilər. Amma nələr olacağını həzz alaraq izləyəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*