M.Arrivabene: “Ferrari Macarıstanda uğursuz olmamalıdır!”

Ferrari komandası Macarıstan yarışından sonra Mercedes-i məğlub edib-etməyəcəklərinə qərar verəcək.

F-1.az xatırladır ki, Ferrari çətin keçən həftəsonundan sonra Mercedes ilə mübarizə apara bilməmişdi və hətta, Red Bull-a da məğlub olmuşdu.

Komandanın rəhbəri Mauritsio Arrivabene verdiyi açıqlamada bildirib ki, hələ çempionluq şansları var, amma Hunqarorinqdə yaxşı nəticə ala bilməsələr, bütün ümidlərini itirəcəklər: “Macarıstandan sonra komanda olaraq boş dayanmayacayıq. Yarışdan sonra şansımızı və harada olduğumuzu dəyərləndirəcəyik. Səhv etməyəcəyimizə inanmıram. Mövsümün ilk yarışlarında güc qurğusunun komponentlərinə görə problemlər yaşayırdıq. İndi isə aerodinamika və etibarlılıq sahələri üzrə işləməliyik”.

Red Bull-un son yarışlardakı yüksək performansı onları Ferrari-yə yaxınlaşdırıb. “Qırmızı öküzlər” “şahə qalxan atlar”-la xal fərqini 6-ya endiriblər. Amma Arrivabene bildirib ki, onların əsas hədəfi yenə də Mercedes-dir: “Red Bull-un yüksəlişi Formula1 üçün yaxışıdır, çünki onlar maraqlı şou göstərməyə kömək edirlər. Amma bizim əsas hədəfimiz Mercedes-dir, Red Bull deyil”.

Arrivabene əlavə edib ki, onlar hələ də çempionluğa inanırlar: “Hazırkı vəziyyətdə təslim olmağımız düzgün olmaz. Belə çətin anlarda problemləri həll etmək üçün fokuslanmalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*