14 Dekabr 2018, Cümə - 23:40

Ç.Uaytinq Fettelə cavab verib

Ç.Uaytinq Fettelə cavab verib

Müəllif: Rauf Hacıyev, redaktor

16:15 - 16 Aprel, 2018

FİA-nın yarış direktoru Çarli Uaytinq Çin yarışından sonra FİA-ya etirazını bildirən Sebastyan Fettelə cavab verib.

F-1.az xatırladır ki, 31-ci dövrədə Toro Rosso komandasının sürücüləri bir-birinə çırpılıb və nəticədə təhlükəsizlik maşını trasa çıxıb. Red Bull komandasının sürücüləri pitə gələrək Soft təkərləri götürüblər, amma pit girişini ötürmüş Fettel və Bottas bunu edə bilməyiblər. Nəticədə Daniel Rikkardo qələbə qazanıb.

Çarli Uaytinq: “Kimin öndə və ya geridə olduğuna baxmıram. Bilmirəm niyə bu mövzuya fokuslanıb. Lakin 2015-ci ildən virtual təhlükəsizlik maşınımız var. 20 ildir təhlükəsizlik maşınımız var və həmişə qazananlar və itirənlər olur. Əgər biz hamıya eyni şansı versək, çox vaxt itirərik. Bu, bizim işimiz deyil.

Biz təhlükəsizlik maşınının lazım olduğuna əmin olmaq istəyirdik. İki-üç komanda təhlükəsizlik maşını istəyir deyə bunu edə bilmərik. Belə olsa, hər yarış təhlükəsizlik maşını çıxar. Marşallardan qırıntıları normal halda götürə bilib-bilməyəcəklərini soruşdum. Lakin onlar dedilər ki, bu mümkünsüzdür, çünki qırıntı çoxdur. Buna əmin olmalı idik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 166
Teqlər , , , ,
Paylaş

logo