Monako-2022: Birinci sərbəst yürüşlər

Monte Karloda havanın temperaturu +30, asfaltın hərarəti isə +50 dərəcəyə çatıb. Sürücülər təkərləin səmərəliliyini yoxlamaq üçün ənənəvi proqramı yerinə yetiriblər.

F-1.az bildirir ki, ilk dəqiqələrdə Mercedes sürücüləri maşının yenə yırğalanmasından şikayətləniblər. Seessiya boyunca xırda insidentlər baş verib. Lekler, Ferstappen, Maqnussen və Peres 5-ci döngədə təhlükəsizlik cibinə girərək təkərləri yandırıblar. Həmilton, Latifi və Lekler də döngəni iki dəfə kəsiblər.

Şumaxerin maşını 19-cu dəqiqədə MGU-K probleminə görə pit yolunun girişində dayanıb. Alman sürücü üçün ilk məşqlər başa çatıb. Bottas da ötürmələr qutusu probleminə görə 2 dövrə vurduqdan sonra maşını mexaniklərə təhvil verib.

Ən sürətli dövrə Şarl Leklerdən gəlib – 1:14.531.

Məşqlər bu gün davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:14.531 29
2 11 Serxio Peres Red Bull 1:14.570 + 0:00.039 29
3 55 Karlos Sayns Ferrari 1:14.601 + 0:00.070 28
4 1 Maks Ferstappen Red Bull 1:14.712 + 0:00.181 26
5 4 Lando Norris McLaren 1:15.056 + 0:00.525 31
6 10 Pyer Qasli AlphaTauri 1:15.083 + 0:00.552 33
7 3 Daniel Rikkardo McLaren 1:15.157 + 0:00.626 33
8 63 Corc Rassell Mercedes 1:15.211 + 0:00.680 34
9 5 Sebastyan Fettel Aston Martin 1:15.387 + 0:00.856 33
10 44 Lyuis Həmilton Mercedes 1:15.499 + 0:00.968 29
11 22 Yuki Tsunoda AlphaTauri 1:15.536 + 0:01.005 36
12 18 Ləns Stroll Aston Martin 1:15.539 + 0:01.008 26
13 14 Fernando Alonso Alpine 1:15.749 + 0:01.218 28
14 20 Kevin Maqnussen Haas 1:15.806 + 0:01.275 30
15 23 Aleksander Elbon Williams 1:16.110 + 0:01.579 39
16 31 Esteban Okon Alpine 1:16.315 + 0:01.784 24
17 24 Quanyu Çjou Alfa Romeo 1:16.417 + 0:01.886 27
18 6 Nikolas Latifi Williams 1:17.714 + 0:03.183 29
19 47 Mik Şumaxer Haas 1:18.636 + 0:04.105 12
20 77 Valtteri Bottas Alfa Romeo 2
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*