R.Şumaxer: Fettel bəzən çox aqressiv olurdu

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer bildirib ki, Fettel ətraf mühiti qorumaq adına bəzən sərt reaksiya göstərib.

F-1.az xatırladır ki, almaniyalı sürücü son illərdə ətraf mühiti qorumaq üçün bəzi aksiyalara qoşulmuşdu. Onlardan biri də yarışdan sonra trasda qalıb zibilləri yığmaq idi.

Ralf Şumaxer: “Sebastyan Fettel böyük uğurlar qazanmış dördqat Dünya Çempionudur. Formula1 onun üçün darıxacaq.

Heyif ki, Aston Martin karyerası çətin keçdi. Hər şeyin daha fərqli olmasını istəyərdim.

Bundan başqa o, ətraf mühiti qorumaq adına işlər də görürdü. Bu mövzuda çox tənqidi yanaşma göstərirdi. Ətraf mühiti qorumaq vacib olsa da, Formula1 kimi bir yerdə belə mövzuda çox sərt idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*