S.Fettel: “Bəxt bizə tərəf idi”

Mövsümün ilk yarışında qələbə qazanan Sebastyan Fettel sevincinin həddi-hüdudu olmadığını deyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 3-cü yerdən başlasa da, virtual təhlükəsizlik maşını rejimindən maksimum istifadə edərək açılış yarışında qalib gəlib. Beləliklə, 4 qat Dünya Çempionu karyerasında 48-ci qələbə və 100-cü podiumunu qazanıb.

Sebastyan Fettel: “Yaxşı yarış idi. Təhlükəsizlik maşını cəhətdən bəxtimiz gətirdi və qələbə qazandıq. Yarışdan həzz aldım. Buradakı fanlar mükəmməl idi və bizi dəstəklədilər. Yaxşı start almaq istəsəm də, alınmadı.

Yarışın əvvəlində Lyuis və Kimidən çox geridə idim. Qələbə üçün təhlükəsizlik avtomobili lazım idi və sonra Haas-ı kənarda görəndə sevindim. Pitə gəldim və Həmiltonun önündə qayıtdım. Ötmə etmək çətin idi və qalib gəldiyim üçün xoşbəxtəm. Sözün açığı, bəxtimiz gətirdi.

Lyuis dünən güclü idi və yarışın əvvəlində çox üstün performans göstərirdi. Amma dediyim kimi, bəxt bizim tərəfimizdə idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*