L.Həmilton: “Gələn il Fettelin öhdəsindən gəlmək çətin olacaq”

Lyuis Həmilton hesab edir ki, gələn il Sebastyan Fettel növbəti titulunu qazanacaq. Sky Sports telekanalına müsahibəsində britaniyalı sürücü bildirib ki, […]

Lyuis Həmilton hesab edir ki, gələn il Sebastyan Fettel növbəti titulunu qazanacaq. Sky Sports telekanalına müsahibəsində britaniyalı sürücü bildirib ki, Fettel Formula1-in ən bəxti gətirən sürücüsüdür…

Lyuis Həmilton: “Gələn il Sebastyanın öhdəsindən gəlmək çətin olacaq. Düşünürəm ki, onun ixtiyarında sürətli maşın olacaq. Bu il RB8 fantastik alınmışdı, yeni şassi isə bu modelin təkamülü olacaq. Ədrian Nyui yaşa dolduqca daha da güclənir: məncə, gələn il o yenə də xüsusi bir şey hazırlayacaq.”

Mercedes AMG komandasına keçməyə hazırlaşan Həmilton ən çətin vəziyyətdə olacaq, amma o yeni çağırışı qəbul etməyə hazırdır: “Hamı bilir və mənim bundan xoşum gəlir, mən əsl sürücüyəm və qələbə qazana bilirəm. Hansı mövqedən start almağın heç vacib deyil: onsuz da mübarizə apara biləcəksən.

Əlbəttə, mən qələbə qazanmaq istəyirəm, bu mənim mqəsədimdir. Mən səbirsizliklə yeni komandama qovuşmağımı və yeni maşınla işə başlamağımı gözləyirəm. Elə təəssürat yaranıb ki, elə bil mənim üçün həyat yenidən başlayır və mən buna hazıram!”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*