S.Fettel: “Binotto ilə Arrivabene fərqlidir”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Mattia Binotto sabiq komanda rəhbəri Mauritsio Arrivabenedən fərqlidir.

F-1.az xatırladır ki, Ferrari keçən il Arrivabeneni komanda rəhbərliyindən göndərmiş əvəzinə texniki direktor olan Mattia Binottonu gətirmişdi.

Sebastyan Fettel: “Mattia çox fərqlidir. Nəticədə iki fərqli insandan danışırıq. Mətbuata verdiyi açıqlamalarının Arrivabenedən fərqləndiyini bilmirəm, çünki izləmirəm.

Lakin komanda da bu il daha pis vəziyyətdə idi. Buna görə də müqayisə edə bilməyəcəm. Vəziyyəti öz xeyrimizə dəyişdirməyə çalışırıq. Amma bu bir gecədə mümkün olan şey deyil. Rəqiblərimiz daha yaxşı işləyirlər və onlara hörmət edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*