V.Bottas: “Fettel yaxşı nəzarət etdi”

Mercedes komandasının sürücüsü Valtteri bottas bildirib ki, Sebastyan Fettel yarışa yaxşı nəzarət edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Kanadada yaxşı performans göstərərək, start aldığı kimi yarışı ikinci yerdə bitirib. 28 yaşlı sürücü yarışın sonunda Ferstappenin təzyiqini hiss etsə də, real hücum olmayıb.

Valtteri Bottas: “İlk dövrədən sonra Ferrari bizdən sürətli idi. Fettel də yarışa gözəl nəzarət etdi. Yarışın sonunda yanacaq azaldığı üçün yavaşladım. Maks da fərqi azaltdı. Lakin sonda yerimi qoruya bildim. Əlimdən gələnin ən yaxşısını etdim. Maksimum nəticə qazandıq. Ancaq ikincilik yaxşı olmadı. Növbəti yarışlara fokuslanmalıyıq. Sıralanma turunda kiçik fərqlə ikinci olduqdan sonra qələbəni əldən vermək məyusedicidir. Ümid edirəm ki, növbəti yarışda işlər qaydasında olar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*