Niderland-2022: Üçüncü sərbəst yürüşlər

Yarış trayektoriyası rezin qatı ilə tam örtülsə də, asfaltın qalan hissələri sürüşkən olub. Küləyin gətirdiyi qum da əlavə çətinliklər yaradıb.

F-1.az bildirir ki, komandalar dünənki təkərlərdən istifadə ediblər. Pirelli buraya əvvəlki 4 yarışdan daha sərt tərkiblər gətirib və onları optimal temperatura çatdırmaq heç də asan olmayıb.

Sessiya demək olar ki, sakit keçiv. Rikkardo 12-ci döngədə çınqıllığa düşsə də, maşına ciddi zərər dəyməyib. Lekler maşının altlığını zədələyib, boksda baxış keçirildikdən sonra yenidən trasa qayıdıb. McLaren sürücülərinin maşınında sessiya ərzində asılqanların parametrlərini dəyişib.

Qasli sona az qalmış kiçik qəza edərək boksa gəlib. Bu dəfə də ən sürətli Şarl Lekler olub – 1:11.632. Bizi olduqca gərgin sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:11.632 20
2 63 Corc Rassell Mercedes 1:11.698 + 0:00.066 24
3 1 Maks Ferstappen Red Bull 1:11.793 + 0:00.161 22
4 55 Karlos Sayns Ferrari 1:11.971 + 0:00.339 17
5 44 Lyuis Həmilton Mercedes 1:12.156 + 0:00.524 25
6 11 Serxio Peres Red Bull 1:12.176 + 0:00.544 29
7 14 Fernando Alonso Alpine 1:12.327 + 0:00.695 16
8 5 Sebastyan Fettel Aston Martin 1:12.491 + 0:00.859 25
9 47 Mik Şumaxer Haas 1:12.558 + 0:00.926 15
10 4 Lando Norris McLaren 1:12.591 + 0:00.959 18
11 20 Kevin Maqnussen Haas 1:12.606 + 0:00.974 15
12 18 Ləns Stroll Aston Martin 1:12.773 + 0:01.141 18
13 23 Aleksander Elbon Williams 1:12.775 + 0:01.143 18
14 31 Esteban Okon Alpine 1:13.003 + 0:01.371 20
15 10 Pyer Qasli AlphaTauri 1:13.046 + 0:01.414 23
16 22 Yuki Tsunoda AlphaTauri 1:13.256 + 0:01.624 22
17 3 Daniel Rikkardo McLaren 1:13.299 + 0:01.667 20
18 77 Valtteri Bottas Alfa Romeo 1:13.359 + 0:01.727 15
19 23 Quanyu Çjou Alfa Romeo 1:13.421 + 0:01.789 14
20 6 Nikolas Latifi Williams 1:13.625 + 0:01.993 22
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*