18 Avqust 2019, Bazar - 21:22

K.Rəykkönen: “Mənim hədəfim Fetteli məğlub etmək deyil, qalib gəlməkdir”

K.Rəykkönen: “Mənim hədəfim Fetteli məğlub etmək deyil, qalib gəlməkdir”

Müəllif: Rauf Hacıyev, redaktor

19:28 - 25 May, 2016

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, onun üçün sürücülər çempionatında Sebastyan Fetteli məğlub etmək vacib deyil, əsas olan qalib gəlməkdir.

F-1.az xatırladır ki, Rəykkönen 5 yarışdan sonra komanda yoldaşı Sebastyan Fetteli 13 xal qabaqlayır və hazırda turnir cədvəlində 2-ci pillədədir.

Amma hələ də qələbə qazana bilməyən Rəykkönen Fetteli geridə qoymağın vacib olmadığını düşünür: “Lider deyilik. İkinci ya da elə bir şeyik. Sebastyan bizə çox yaxındır, amma biz ümid edirdik ki, 5 yarışdan sonra 1-ci və 2-ci yeri tutarıq.

Hazırda bizim əsas hədəfimiz qələbə qazanmaq və hər yarış qələbə uğrunda mübarizə aparmaqdır. Biz bunu komanda kimi etmək istəyirik.

Fettelin önündə olmaq gözəl hissdir, amma bizim əsas hədəfimiz qələbə qazanmaqdır və komanda kimi daha yüksək yerlərdə olmaqdır. Biz istəyirik ki, hamı bizim komandanı məğlub etməyə çalışsın.

Bu bizə yığdığımız xala görə hazırda tutduğumuz yerlə müqayisədə daha çox məmnuniyyət gətirəcək. Pis keçən bir yarışdan sonra hər şey tərsinə dönə bilər. Belə olan halda isə insanlar sizə başqa cür baxarlar”.

Rəykkönen komandanın bu mövsüm qələbə qazana bilməməsinə baxmayaraq (keçən il bu vaxtı bir qələbə qazanmışdılar), komandanın o dövrdəki vəziyyətinə nisbətən pis vəziyyətdə olmadığını düşünür: “Keçən il ilk yarışımızı tez qazandıq, amma bu, o demək deyil ki, biz bu mövsüm daha pis vəziyyətdəyik.

Bəzi problemlərimiz oldu və hər iki bolidin yarışxarici olduğu vaxtlar oldu. Bunlar da kömək etmədi. Amma qabağa getmək üçün çoxlu işləyirsinizsə, bunlar oyunun bir hissəsi olur.

Biz bilirik ki, Mercedes çox güclüdür və biz daha da güclü olub, onları geridə qoymalıyıq. Mən düşünürəm ki, əgər biz sıralanma turunda və yarışda maksimumum çıxarsaq, onlara yaxın ola bilərik ya da onları keçə bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 313
Teqlər , ,
Paylaş

logo