K.Sayns Ferrari xəbərlərinə görə sevinir

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, son zamanlarda adının Ferrari ilə hallanması onun xoşuna gəlir.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün adı keçən il Mercedes, Ferrari və Renault kimi komandalarla hallansa da, Red Bull şirkəti 22 yaşlı sürücünün keçidinə icazə verməmişdi.

Karlos Sayns: “Ferrari-nin transfer siyahısında olmaq hər sürücünün xəyalıdır. Karyerama görə Red Bull-a çox borcluyam və buna görə də ilk seçimim buradır. Toro Rosso sürücüsü olduğum müddətdə Red Bull-da yarışmağı xəyal edəcəm. Bunun üçün əlimdən gələni edəcəm”.

Toro Rosso komandasının rəhbəri Frants Tost da sürücüsünü tərifləyib: “Formula1-də istedadlı sürücülər üçün güclü bolidlər məhdud saydadır. Məsələn, Fernando Alonso mükəmməl sürücü olsa da, vəziyyəti ortadadır. Sayns ən yaxşı performansını göstərsə də, podiuma yüksələ bilmir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*