S.Fettel sevinməyə tələsmir

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, çempionluq barədə danışmaq üçün tezdir.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün ilk iki yarışında qalib gələrək ən yaxın rəqibi Həmiltonla 17 xallıq fərq yaradıb.

Sebastyan Fettel: “Hələ mövsüm yeni başlayıb və 2 yarış geridə qalıb. Buna görə də çempionluq barədə danışmaq hələ tezdir. Hələ çox iş görməliyik. Bütün komandalar yarışlara yeni detallar gətirəcəklər. Biz də onlara cavab verməliyik. Mövsümün sonuna qədər inkişaf etmək çox vacibdir.

Bəhreyndə strategiyamız fərqli idi, amma daha sonra qələbənin əldən çıxacağından qorxduq və B planına keçdik. Mercedes-in sürətlə yaxınlaşacağını bilirdik. Ancaq hər şey istədiyimiz kimi getdi. Çində yenə güclü olmaq istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*