F.Vassyör: Maşında sürət və stabillik çatmır

Ferrari komandasının rəhbəri Mayami Qran Prisindən sonra SF-23-ün sürət və stabilliyə malik olmadığını söyləyib.

F-1.az xatırladır ki, son yarışda Şarl Lekler yalnız 7-ci yeri tuta bilib. Yarışın əvvəlində yaxşı çıxış edən və podiuma iddialı olan Karlos Sayns isə sonda beşinciliyə razılaşmalı olub.

Frederik Vassyör: “Bizdə stabillik çatışmır – iki maşın fərqli davranır. Hətta hər dövrədə onların davranışı fərqlidir. Bunun niyə baş verdiyini başa düşməliyik. Bu, həll edilməli olan əsas məqamdır. Söhbət konkret hansısa trasdan getmir. Bəzi digər Qran Prilərdə sürət problem idi, amma yenə də hər şeyi bir araya gətirmək mümkün olmadı.

Sərt təkərlər Şarlın maşınında, Medium isə Karlosun maşınında daha yaxşı işləyirdi. Ancaq bir dövrədən digərinə eyni təkərlərlə belə, bizdə stabillik çatışmırdı”.

Qeyd edək ki, komanda böyük yenilənmə paketini İmoladakı yarışdan sonra gətirməyi planlaşdırıb. Emiliya Romanya Qran Prisindən sonra çempionatın Monakoda davam edəcəyini düşünsək, biz yeniliklərin real effektini yalnız Barselonada görə biləcəyik…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*