S.Fettel Həmiltondan qorxmayıb

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Braziliya yarışında sonuncu yerdən 4-cü yerə yüksələn Həmilton onun üçün təhdid olmayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa pit yolundan start versə də, son dövrələrdə Rəykkönenlə podium uğrunda mübarizə aparıb və lider Fetteldən cəmi 5 saniyə geri qalıb.

Sebastyan Fettel: “İlk pit-stopdan sonra önümdə olduğunu gördüm. Amma təəəccüblənmədim. Bu cür tərs strategiyaların yaxşı işlədiyini görmüşük. Öndə olduğum üçün hər şeyə istədiyim kimi nəzarət edirdim. Narahat deyildim. İstəsəm, sürətlənərdim. Lyuis son dövrələrdə SuperSoft təkərlərlə sürətli idi və təəccüblü deyildi. Amma yaxşı yüksəldi və təbrikə layiqdir. Lakin onu heç vaxt təhdid kimi görmədim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*