15 Noyabr 2019, Cümə - 09:25

Ş.Lekler: “Mercedes özünü göstərmədi”

Ş.Lekler: “Mercedes özünü göstərmədi”

Müəllif: Rauf Hacıyev, redaktor

17:55 - 29 Mart, 2019

Ferrari komandasının sürücüsü Şarl Lekler düşünür ki, Mercedes hələ də tam qüvvəsini ortaya qoymayıb.

F-1.az xatırladır ki, Ferrari komandasının sürücüləri cümə sərbəst yürüşlərində ilk iki yeri tutub və Mercedes sürücülərindən demək olar ki, 1 saniyə üstündürlər. Avstraliyadakı fiaskodan sonra bu cür geridönüş hamını təəccübləndirib.

Şarl Lekler: “Artıq özümüzü daha yaxşı hiss edirik. Hər dövrədə bolidə daha çox güvənirəm. Melburna nisbətdə daha yaxşı balansımız var. Ancaq Mercedes hələ tam gücünü göstərməyib. Sabah çətin olacaq. Buna görə də maksimumu almalıyıq. Avstraliyadan sonra etdiyimiz bəzi dəyişikliklərin cavabını aldıq. Amma Ferrari həmişə bu trasda güclü olub.

Bu Tras Barselonaya çox oxşayır. Performansımız da oradakına yaxındır. Amma əsas sıralanma turunun olduğu gündür. Ümid edirəm ki, orada hər şeyi bir araya gətirə bilərik. Poul barədə düşünmüsəm də, qazanmaq üçün əlimdən gələni edəcəm. Yarış tempimizin yaxşı olduğunu düşünürəm. Ən sürətli maşın bizdədir. Bu trasda 3 DRS zonası var və ötmə etmək asandır. Vəziyyət yaxşı görünür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 126
Teqlər , , ,
Paylaş

logo