M.Ben Sulayem: Ferrari tezliklə çempion olacaq

FİA-nın prezidenti Mohammed Ben Sulayem bildirib ki, Ferrari tezliklə çempion olacaq.

F-1.az xatırladır ki, “qırmızılar” 16 ildir çempionluğa həsrətdirlər. Lakin İtaliya təmsilçisi keçən mövsüm yaxşı performans göstərərək, ikinci yeri tutmuşdu.

Komanda bu mövsümə yeni komanda rəhbəri ilə başlayır: Mattia Binottonu artıq Frederik Vassyör əvəz edir.

Ben Sulayem: “İnanıram ki, qərar komandanın performansına görə verilib. Məncə, düzgün addım idi. Ferrari-nin güclü illərində komandada fərqli ölkələrdən insanlar işləyirdi. Burada əsas fransızların, almanların ya da italyanların yaxşı olması deyil. Əsas məsələ komandanı düzgün adamların idarə etməsidir.

Bütün komandalar eyni motoru və maşını sürsə də, sadəcə biri çempion olacaq. Qazanmaq üçün nəyin lazım olduğunu sadəcə Ferrari bilir. Keçmişdə titullar qazanıbıar və onların yenidən çempion olması üçün vaxt lazımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*