19 Oktyabr 2019, Şənbə - 02:07

Ferrari S.Fetteli testlərə hazırlayır

Ferrari S.Fetteli testlərə hazırlayır

Müəllif: Rauf Hacıyev, redaktor

06:23 - 17 May, 2016

Ferrari komandası sıralanma turundakı problemləri həll etmək üçün həftənin ikinci günü başlayacaq mövsümiçi testlərə Sebastyan Fetteli hazırlayır.

F-1.az xatırladır ki, italyanlar İspaniyada sıralanma turunda Mercedes və Red Bull-un gerisində qalmışdılar və beləliklə də qələbəni əldən vermişdilər.

Ferrari komandası şənbə günü təkərlərlə bağlı ciddi problemlər yaşamışdı. Buna görə də italyanlar nəyin səhv getdiyini anlamaq üçün Fettel ilə bəzi testlər edəcəklər.

Mauritsio Arrivabene: “Sıralanma turunda yaşadığımız probleməri həll etməliyik.

Mühəndislərimiz harada səhv etdiklərini anladılar. Onlar həftənin ikinci günü lazımi sahələrə nəzarət edəcəklər. Ümid edirəm ki, problemləri həll edərik.

Biz bu problemlə təkcə son həftəsonunda qarşılaşmadıq. Bu hər yarış artan və ya azalan bir problemdir. Buna görə də həll edilməlidir.

Bu bizim üçün əla fürsət idi, amma dəyərləndirə bilmədik. İki Mercedes yarışdan kənarlaşdı, amma biz bundan istifadə edə bilmədik.

Bunun əsas səbəbi isə sıralanma turu tempimizin zəif olmasıdır.

Əgər sıralanma turunda yaxşı yerlər tutsaydıq, onda yarışı qazana bilərdik. Yarışda Red Bull-dan sürətli idik. Amma sıralanma tempimiz çox zəif idi.

Amma Maks Ferstappeni gözəl yarışdığı üçün tərifləmək istəyirəm. O təcrübəli sürücülər kimi sürdü”.

Xatırladaq ki, Fettel testlərin ilk günündə, Antonio Fuoko isə testlərin ikinci günündə trasa çıxacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 428
Teqlər , , , , , ,
Paylaş

logo