M.Binotto: Belə yarışı əldən vermək pis oldu

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, qələbəni son anda əldən vermək məyusedicidir.

F-1.az xatırladır ki, Ferrari Ciddədəki yarışın son dövrələrinə Leklerlə lider girsə də, Ferstappenin hücumlarına tab gətirə bilməyiblər və yekunda ikincilik və üçüncülüklə razılaşmalı olublar.

Mattia Binotto: “Yarışın nəticəsinə bir neçə faktor təsir etdi. Məsələn, Maksı pitdən təhlükəli formada buraxdılar və buna görə məyusam. Karlos yavaşlamasa, qəza baş verə bilərdi. Bundan başqa təhlükəsizlik maşınının arxasında Karlosa vaxtında yeri qaytarılmadı. Yerini vaxtında qaytarsalar, restartda Ferstappenin işini çətinləşdirə bilərdi. Belə hallar yarışın nəticəsinə təsir edir.

Bütün bunlara baxmayaraq, gözəl yarış idi. Hamı yaxşı sürdü. Qalib gəlmədiyimiz üçün məyus olsam da, pozitiv düşünməliyik. İki yarışda mümkün 88 xaldan 78-i toplamışıq. Həftəsonu yaxşı keçdi. Poula yaxın idik, yarışda sürətli dövrə vurduq və ikili podium finiş gördük. Təbii ki, son dövrələrdə qələbəni əldən vermək pis oldu, ancaq Red Bull əla idi. Çox güclü görünürdülər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*