M.Binotto: Braziliya çətin keçdi

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Braziliyada əla işləyərək 3 və 4-cü yerləri tutublar.

F-1.az xatırladır ki, Braziliya yarışı ferrari sürücüləri üçün kabus kimi başlayıb. Lekler Norrislə təmasda bariyerlərə çırpılıb və məcburi pitə gəlməli olub. Karlos Saynsın isə əyləc kanalına plyonka girib və əyləci həddən artıq qızıb. Buna görə o da erkən pit-stop etməli olub.

Mattia Binotto: “Şarlın qəzası və Karlosun əyləc kanalına girən plyonkaya görə erkən pit-stoplar etməli olduq. Buna görə də yarış bizim üçün çətin keçdi. Ondan sonra həmişə problem yaşadıq. Aqressiv strategiyamıza və komandanın işinə görə üçüncü və dördüncü olduq. Beləliklə son Əbu Dabi yarışından əvvəl vacib xallar topladıq. İndi isə son yarışa hazırlanmaq vaxtıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*