Ş.Lekler: Ən pis mövsüm startımdır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, karyerasının ən pis başlanğıcını edib.

F-1.az xatırladır ki, ilk iki yarışdan 6 xal toplayan monakolu sürücünün Avstraliyada da bəxti gətirməyib. Belə ki, yarışın startında Strolla təmas yaşayan Lekler mübarizəni elə oradaca dayandırıb.

Şarl Lekler: “Çox məyusam. Karyeramın ən pis startıdır. Sadəcə 6 xal qazanmışam və bu çox azdır. Bunlar əsəbpozucudur.

Birinci döngədə sakit idim, amma üçün üçüncü döngədə boşluq var idi. Sözün açığı ötmə planım olmasa da, Fernandonun əylənməsunə görə Ləns də tez əyləcə basdı. Fernandonun önündə maşınlar var idi və əylənməli oldu. Ləns onunla mənim arama girdi və qəza etdik. Bu yarış qəzası olsa da, mövsümün əvvəli üçün pis haldır.

Ümid edirəm ki, Bakıda daha güclü olarıq. İşlər tərs gedəndə fasilə verməyi sevmirəm. İndi isə üçhəftəli fasilədən istifadə edib maşını təkmilləşdirməliyik. Karlosun bu gün temöi yaxşı idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*