S.Fettel: Yaxşı başladıq

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Macarıstanda nisbətən güclüdürlər.

F-1.az xatırladır ki, “qırmızılar” Macarıstandakı cümə sərbəst yürüşlərində daha yaxşı görünsələr də, yenə də Racing Point-dən zəif təsir bağışlayıblar.

Sebastyan Fettel: “Əla başladıq və ümid edirəm ki, belə davam edərik. İlk sərbəst yürüşlərdə daha yaxşı görünürdük. Bu tras bizimçün daha əlverişlidir. Görək sıralanma turu necə olacaq.

Keçən həftəki zəif performansımızdan sonra bolidi sazlamaq üçün daha çox dövrə vurduq. Düzdür, 7-8 dövrə çox deyil, amma nisbətən kömək edir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*