Monako-2021: Sıralanma turu

Keçidlərə imkan verməyən Monte Karlodakı həftəsonunun ən həlledici sessiyası sıralanma turudur. Komandalar mümkün qədər şox asfaltayatma qüvvəsi əldə etməyə çalışıblar. Əlbəttə, heç də hamı buna nail olmayıb.

F-1.az xatırladır ki, cümə axşamı baş tutan ilk məşqlərdə Serxio Peres, ikinci məşqlərdə Şarl Lekler hamını üstələyib. Bugünkü son məşqlərdə isə protokollara başçılıq edən sürücü Maks Ferstappen olub.

Pirelli mövsümdə ilk dəfə ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Trasın qısalığına baxmayaraq, tərkiblər arasındakı fərq kifayət qədər böyük olub.

Bir qədər əvvəl baş tutan sərbəst yürüşlərin son dəqiqələrində qəza edən Mik Şumaxerin maşınını sıralanma turuna qədər təmir etmək mümkün olmayıb və alman sürücü iştirak edə bilməyib.

İlk Sessiyada bütün sürücülər Soft təkərlərlə mübarizəyə başlayıblar. Hamının trasda olması tıxaclara səbəb olub, lakin bunun öhdəsindən gəlmək Monakoda çox vacibdir. Təkərlərin isinməsi bir neçə dövrəyə başa gəlib. İnsident olmayıb, sadəcə Rəykkönen bir dəfə təhlükəsizlik cibinə girib. Bottas 1:10.938-lik nəticə ilə fərqlənib, Mazepin, Latifi, Alonso və Tsunoda sabahkı yarışa ən gerilərdən başlayacaqlar.

İkinci Sessiyada da hamı ən sürətli təkər olan Soft ilə trasa çıxıb. Stroll yeddinci döngədinin çıxışında baryerlərlə toqquşub, lakin boksa qayıda bilib. Bir qədər sonra isə yenidən mübarizəyə qoşulub. Ferstappen əvvəlcə hamıdan sürətli olsa da, bir qədər sonra Lekler onu keçib – 1.10.597. Rassel, Rəykkönen, Stroll, Rikkardo və Okon ilk onluğa düşmək şansını əldən veriblər.

Son Sessiyada Ferstappen, Bottas, Covinatsi və Qasli daha tez trasa çıxıblar və ardıcıl dövrələrə başlayıblar. Ferstappen yenə də yaxşı nəticə göstərib, lakin Lekler onu 0.2 saniyə qabaqlamağa nail olub – 1:10.346. Həlledici son cəhd üçün hər bir sürücünün bir dəst təzə Soft təkərləri olub və hamı onların maşına taxılması üçün pit yoluna yönəlib.

Poula namizədlər öz sektor nəticələrini yaxşılaşdırmağa başlayıblar, lakin Leklerin “Hovuz”-un çıxışında qəza etməsi ilə qırmızı bayraqlar dalğalandırılıb və sessiyanın başa çatdığı elan edilib.

Şarl Lekler mövsümdə ilk, karyerasında isə 8-ci poulunu əldə edib. O, həm də Monakoda poul qazanan ilk yerli sürücü olub. Maks Ferstappen sabahkı yarışa onun yanından başlayacaq. Valtteri Bottas, Karlos Sayns və Lando Norris sonrakı yerləri tutublar. Lyuis Həmilton isə 2018-ci ildəki Almaniya Qran Prisindən bəri ilk dəfə altıncı yerdən daha aşağı sıralanma nəticəsi göstərib.

Sabah bizi ötmələrin az olacağı, lakin gərgin bir yarış gözləyir…

 

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 16 Şarl Lekler Ferrari 2 1:11.113 10 1 1:10.597 10 1:10.346 7
2 33 Maks Ferstappen Red Bull 3 1:11.124 7 2 1:10.650 9 1:10.576 7
3 77 Valtteri Bottas Mercedes AMG 1 1:10.938 9 3 1:10.695 11 1:10.601 8
4 55 Karlos Sayns Ferrari 5 1:11.324 8 4 1:10.806 10 1:10.611 7
5 4 Lando Norris McLaren 4 1:11.321 7 6 1:11.031 9 1:10.620 7
6 10 Pyer Qasli AlphaTauri 6 1:11.560 9 8 1:11.179 12 1:10.900 9
7 44 Lyuis Həmilton Mercedes AMG 7 1:11.622 14 7 1:11.116 9 1:11.095 7
8 5 Sebastyan Fettel Aston Martin 15 1:12.078 10 9 1:11.309 10 1:11.419 6
9 11 Serxio Peres Red Bull 8 1:11.644 9 5 1:11.019 10 1:11.573 7
10 99 Antonio Covinatsi Alfa Romeo 9 1:11.658 11 10 1:11.409 10 1:11.779 7
11 31 Esteban Okon Alpine 10 1:11.740 12 11 1:11.486 10
12 3 Daniel Rikkardo McLaren 11 1:11.747 12 12 1:11.598 9
13 18 Ləns Stroll Aston Martin 13 1:11.979 11 13 1:11.600 9
14 7 Kimi Rəykkönen Alfa Romeo 12 1:11.899 11 14 1:11.642 10
15 63 Corc Rassell Williams 14 1:12.016 14 15 1:11.830 10
16 22 Yuki Tsunoda AlphaTauri 16 1:12.096 13
17 14 Fernando Alonso Alpine 17 1:12.205 12
18 6 Nikolas Latifi Williams 18 1:12.366 14
19 9 Nikita Mazepin Haas 19 1:12.958 12
20 47 Mik Şumaxer Haas 20 0
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*