Ş.Lekler: Özümü yaxşı hiss edirəm

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, nəticəyə təəccüblənib.

F-1.az xatırladır ki, monakolu sürücü keçən ilin Azərbaycan Qran Prisindən sonra ilk dəfə poul qazanıb. Həm də Formula1-də yeni eranın ilk poulunu əldə edib.

Şarl Lekler: “Özümü yaxşı hiss edirəm. Son iki il komandamız üçün pis keçdi. Bu il geridönüş etmək istəyirdik və komanda olaraq çox işlədik. Bu gün çox xoşbəxtəm. Sıralanma turu çətin keçdi. Lakin poul qazana bildim.

Red Bull-un bizdən sürətli olacağlına əmin idik. Buna görə poula təəccübləndik. Sabaha hazır olmalıyıq. Təkərlərə nəzarət etmək çox vacib olacaq. Bolidlər ağırlaşandan sonra bu çətin olacaq. Ümid edirəm ki, yarış yaxşı keçəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*