21 Sentyabr 2019, Şənbə - 06:57

K.Horner: “Renault mühərrikləri güclənib”

K.Horner: “Renault mühərrikləri güclənib”

Müəllif: Rauf Hacıyev, redaktor

12:15 - 16 Mart, 2017

Red Bull komandasının rəhbəri Kristian Horner yeni Renault mühərriklərini bəyənib və keçən ilə nisbətən daha güclü olduğunu deyib.

F-1.az xatırladır ki, Renault-nun builki hədəfi güc cəhətdən Ferrari və Mercedes mühərriklərinə çatmaqdır. Amma fransızlar İspaniyada qış testlərində etibarsız təsir bağışlamışdılar. Lakin buna baxmayaraq, Renault motorçuları nikbindirlər.

Kristian Horner: “Renault builki güc qurğusunda böyük addım atıb. Söz verdikləri hər şeyi ediblər. Hazırda üzərində işləməli olduğumuz etibarlılıq problemləri var. Ancaq bunlar bəsit şeylərdir. Onlarla münasibətimiz yaxşıdır. Hər şey yaxşıdır. Renault komandası Remi Taffen ilə yenidən zirvəyə qayıtmaq istəyir”.

Toro Rosso komandasının sürücüsü Kvyat da Renault mühərriklərinə görə nikbindir: “Renault həmişə mühafizəkar başlanğıclar edir və işlərin qaydasına düşməsi üçün bir neçə yarışa ehtiyac var. Nəticədə güclü inkişaf ediblər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 227
Teqlər , , , ,
Paylaş

logo