N.Rosberq peşmandır?

Formula1 üzrə sonuncu Dünya Çempionu Niko Rosberq bildirib ki, fiziki çətinliklər 2017-ci ildə çempionluğun taleyini həll edə bilər.

F-1.az xatırladır ki, almaniyalı sürücü Dünya Çempionu titulunu qazandıqdan sonra istefa vermişdi. Rosberq testləri izləmək üçün Barselonaya gəlib və yeni bolidlər barədə təəssüratlarını bildirib: “Yeni bolidləri yaxından görmək istədim. Çox aqressiv və qorxulu görünürlər. Paddokda hamı həyəcanlı idi. Bunu görmək çox gözəldir. Sürücülər bunu sevir və bu bolidlər qladiatorlar üçündür. Çünki yeni bolidlərr sürücüləri fiziki cəhətdən yoracaqlar. Hətta fiziki cəhətdən zəif olan sürücülər yarışlarda geri qalacaqlar. Buna ehtiyacımız var.

Bilirdim ki, Mercedes bu ilin ən yaxşısı olacaq. Bu qeyri-adi komandadır. Amma hələ heç nə görməmişik. Amma gözəl bolid düzəldiblər və bu təəccüblü deyil. Qərarıma görə xoşbəxtəm. İdmanı hələ də çox sevirəm. Burada olmaq və testləri izləmək əladır. Ümid edirəm ki, idman inkişaf edər. Burada olmaq gözəl hissdir. Özümü rahat hiss edirəm. Əylənirəm və özümü rahat hiss edirəm, həzz alıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*