T.Volff: Bu qiymətlər axmaqlıqdır

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Formula1-ə gəlmək həddindən artıq bahalıdır.

F-1.az xatırladır ki, hazırda peletonda 3 milyarder balası – Ləns Stroll, Nikolas Latifi və Nikita Mazepin – var. Digər sürücülər isə ya komandalardan ya da sponsorlardan dəstək alırlar.

Toto Volff: “Tras üzərindəki mübarizədən başqa sürücülərin həyat hekayələri də bu idmanı maraqlı edən amillərdəndir. Sürücülərin həmişə keçmişləri fərqli olub. Hamısının hekayəsi və çətin dövrləri olub. Varlı ailədən gələnlərin də özlərinə görə problemləri var. Onlar da daxili problemlərlə mübarizə aparırlar.

Məncə, idman maddi cəhətdən daha əlverişli olmalıdır. Belə olan halda, maliyyə çətinliyi olan uşaqlar aşağı seriyalarda uğur qazana bilərlər. Hazırda birillik go-kart qiyməti 250 min, Formula4 mövsümü 500 min, Formula3 mövsümü isə 1 milyon avrodur. Belə qiymətlər qoymaqdansa, daha istedadlı uşaqları tapmaq lazımdır.

Bu qiymətlər axmaqlıqdır və buna son qoyulmalıdır. Avtoidman hamı üçün əlçatımlı olmalıdır. Uşaqlara daha aşağı büdcələrlə yarışmaq fürsəti verməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*