Sauber bu ildən Alfa Romeo Racing adlanacaq

Sauber komandasının adı bu ildən dəyişdiriləcək və Alfa Romeo Racing adlanacaq.

F-1.az xatırladır ki, Alfa Romeo şirkəti keçən il 33 illik fasilədən sonra Sauber komandasının titul sponsoru olaraq idmana qayıtmışdı. Bundan sonra Sauber komandası inkişaf etmiş və isveçrəlilər keçən mövsümü 48 xalla 8-ci yerdə bitirmişdilər.

Sauber bu il heyətinə heyətinə 2007-ci ilin Dünya Çempionu olan Kimi Rəykköneni qatıb. Lakin komandanın adı artıq Alfa Romeo Racing olacaq. Bu barədə Frederik Vassyör danışıb: “2019-cu il mövsümünə Alfa Romeo Racing adı ilə girəcəyik və sevincliyik. Titul sponsorumuz olan Alfa Romeo ilə tərəfdaşlığa keçən il başladıq və komandamız hər yöndə inkişaf etdi. Bu, komandadakı bütün işçiləri coşdurdu. Çox işləməyimizin nəticələrini gördük. Hədəfimiz hər sahədə inkişaf etməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*