Alfa Romeo təqdimat tarixini açıqlayıb

Alfa Romeo komandası 2020-ci il bolidinin təqdimat tarixini açıqlayıb.

 

F-1.az xatırldır ki, Alfa Romeo keçən il mövsümə yaxşı start versə də, sonradan problemlər yaşamış və Mühəndislər Kubokunda 8-ci yeri tutmuşdu. Lakin italiyalılar bu il orta qrupun önünə keçmək istəyirlər.

Alfa Romeo 2020-ci ildə yarışacağı bolidin təqdimat tarixini açıqlayıb. Yeni maşın fevralın 19-u Barcelonada təqdim ediləcək.