K.Rəykkönen: Hədəfimiz son sessiyadır

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen hədəfinin ikinci sessiya olduğunu deyib.

F-1.az xatırladır ki, veteran sürücü Zandfortdakı cümə sərbəst yürüşlərində onluğa düşə bilib. Ümumilikdə Alfa Romeo yarış tempində güclü görünüb.

Kimi Rəykkönen: “Qırmızı bayraqlara baxmayaraq cümə günü yaxşı işlədik. Bu tras digərlərindən fərqli olsa da, gözəldir. Burada dövrəni bir araya gətirmək asan deyil. Yenə də yeni trasda sürmək gözəldir və azarkeşlər də gözəl ab-hava yaradırlar.

Həmişə olduğu kimi cümə günlərindən sonra bəzi yerlərdə inkişaf etməliyik. Sıralanma turu üçün bir az vaxt qazana bilərik. Hədəfimiz ikinci sessiyaya qalmaqdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*