Q.Çjou: Bottasdan kömək almaq əla idi

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, Bottas ona çox kömək edib.

F-1.az xatırladır ki, çinli sürücü bu il Formula1-də debüt etsə də, yanında Bottas kimi illərin təcrübəsi olub.

Quanyu Çjou: “O, açıqsözlüdür. Heç nə gizlətmir. İki bolidin birdən işlədiyini görmək əla idi. Komanda işimiz yaxşı idi. Tras üzərində də bir-birimizə kömək edirdik. Buna görə də komandada ab-hava yaxşı idi.

Bottas mənə tövsiyələr verirdi. Xüsusən də ilk 6 yarışda. O vaxt mənim üçün müəmmalar çox idi. Ondan tövsiyələr almaq gözəl idi”.

, ,