20 Noyabr 2019, Çərşənbə - 02:33

Almaniya-2019: Sıralanma turu

Almaniya-2019: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

18:13 - 27 İyul, 2019

Ardıcıl ikinci ildir ki, Hokkenhaymdakı həftəsonunda hava ən həlledici faktorlardan biridir. Dünən hərarət +40 dərəcəyə yaxınlaşıb, amma gecə yağan yağış havanı bir qədər sərinləşdirib. Sıralanma turunun gedişində də yağıntı ehtimalı istisna olunmayıb.

F-1.az xatırladır ki, hər 3 məşq sessiyasının qalibi Ferrari sürücüləri olublar. Mercedes-in 125 illiyinin şərəfinə xüsusi rənglənmiş maşınları bir qədər geri qalıblar.

Bu dəfə Hard, Medium və Soft təkərlər rolunu müvafiq olaraq, C2, C3 və C4 tərkibləri oynayıb. Cümə günü +50 dərəcəyə qədər qızmış asfaltda təkərlər çox isinirdi, bu gün isə sürücülər daha ideal şəraitdə işləyə biliblər.

Birinci sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Fettel motorun güc itirdiyini bildirib və boksa qayıdıb. Turbində yaranmış problemi dərhal həll etmək mümkün olmayıb və Sebastyan sıralanma turunda iştirak edə bilməyib. O, Avstriyada da güc qurğusunun probleminə görə şənbə gününün həlledici sessiyasını yarımçıq qoymalı olmuşdu. Kvyat boksdan bir qədər təhlükəli çıxıb və Qrojanın maşını son anda kənara çəkməsi toqquşmanın qarşısını alıb. Stüardlar insidenti araşdırıblar və heç kim cəzalandırılmayıb. Protokollara Lekler başçılıq edib – 1:12.229. Fettellə yanaşı, Kubitsa, Rassel, Elbon və Norris mübarizəni dayandırıblar.

İkinci sessiyada Lekler, Ferstappen və Mercedes sürücüləri Medium təkərlərlə boksdan ayrılıblar. Lekler FİA-nın ilk və son döngələr üçün qoyduğu qadağanı pozub – trasdan tam çıxıb və buna görə həmin dövrədəki nəticəsi qeydə ləğv edilib. Ferstappen də motorun güc itirməsindən şikayət edərək boksa qayıdıb, lakin bir qədər sonra yenidən trasa çıxıb, lakin Soft təkərə keçib. Həmiltonun ilk cəhddəki 1:12.149-luq nəticəsi ən sürətli olub. Zaman göstəriciləri xeyli sıx olub. Stroll, Kvyat, Rikkardo, Maqnussen və Covinatsi son mərhələyə keçə bilməyiblər.

Son sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Lekler yanacaq sistemindəki problemə görə boksdan ayrıla bilməyib və Ferrari-nin hər iki sürücüsü texniki problemlərə görə sıralanma turunu yarımçıq qoymalı olub. Həmilton ilk cəhdində 1:11.767-lik nəticə göstərib. Ferstappen ona 0.346 saniyə uduzsa da, Bottası üstələyə bilib. İlk dördlükdəki sürücülər ikinci cəhdlərində nəticələrini yaxşılaşdıra bilməyiblər.

Lyuis Həmilton mövsümdə dördüncü, karyerasında isə 87-ci poulunu əldə edib. Ferstappen onunla birlikdə ilk cərgədən start alacaq. İkinci cərgədə Bottas və Qasli, onların arxasında isə Rəykkönen və Qrojan qərarlaşacaqlar. Bu, Qasli və Rəykkönen üçün mövsümdə ən yaxşı start mövqeyidir.

Bizi sabah Bakı vaxtı ilə 17:10-da olduqca maraqlı yarış gözləyir…

 

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG31:12.852711:12.14961:11.7676
233Maks FerstappenRed Bull21:12.593651:12.42751:12.1136
377Valtteri BottasMercedes AMG61:13.075741:12.42461:12.1296
410Pyer QasliRed Bull41:12.991631:12.38531:12.5226
57Kimi RəykkönenAlfa Romeo51:13.066961:12.51961:12.5383
68Roman QrojanHaas91:13.146891:12.76961:12.8516
755Kaslor SaynsMcLaren131:13.221971:12.63261:12.8976
811Serxio PeresRacing Point121:13.1946101:12.77661:13.0653
927Niko HülkenberqRenault111:13.186681:12.76661:13.1263
1016Şarl LeklerFerrari11:12.229521:12.34440
1199Antonio CovinatsiAlfa Romeo101:13.1709111:12.7866
1220Kevin MaqnussenHaas71:13.1036121:12.7895
133Daniel RikkardoRenault81:13.1316131:12.7996
1426Daniil KvyatToro Rosso151:13.2789141:13.1356
1518Ləns StrollRacing Point141:13.2569151:13.4506
164Lando NorrisMcLaren161:13.3339
1723Aleksander ElbonToro Rosso171:13.4619
1863Corc RassellWilliams181:14.72111
1988Robert KubitsaWilliams191:14.83911
205Sebastyan FettelFerrari201

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 324
Teqlər , , , , , , ,
Paylaş

logo