19 Oktyabr 2019, Şənbə - 14:59

L.Həmilton: “Qırmızı mənə yaraşır…”

L.Həmilton: “Qırmızı mənə yaraşır…”

Müəllif: Rauf Hacıyev, redaktor

14:38 - 07 Oktyabr, 2019

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, qırmızı rəngi sevsə də, Mercedes-ə həmişə sadiq qalacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü uşaq yaşlarından Mercedes-lə işləyib və bütün qələbələrini, çempionluqlarını Mercedes ilə qazanıb. Lakin bəzi söz-söhbətlərə görə beşqat Dünya Çempionu 2021-ci ildə Ferrari-yə gedə bilər.

Lyuis Həmilton: “Qırmızı rəngin mənə yaraşdığını bilirəm, amma bu ssenari çətin ki, reallaşsın. 13 ildir ki, Mercedes-lə işləyirəm. Dəyişiklik etmək həmişə gözəldir, ancaq sədaqət daha vacibdir. Sol qolumdakı döyməni buna görə vurdurmuşam. Ömrümün sonuna qədər yarışmayacam. Gələcəkdə məni nə gözləyir? Başqa bir komandada yarışmaq istəyərəm? Bilmirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 87
Teqlər
Paylaş

logo